"AtaHolding"in zərəri 21 mln. manatı ötüb

"AtaHolding"in zərəri 21 mln. manatı ötüb
# 02 avqust 2016 07:17 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "AtaHolding" MMC ötən ili 21 mln. 446,414 min manat həcmində xalis zərərlə başa vurub.

"APA-Economics" xəbər verir ki, 2014-cü ildə holdinqin zərəri 2 mln. 338,471 min manat olub.

MMC-nin aktivlərinin həcmi ötən ilin sonuna 634 mln. 585,926 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin göstəricisi ilə müqayisədə 0,39% çoxdur. Kredit portfeli isə hesabat dövründə 15,43% artaraq 516 mln. 246,996 min manat təşkil edib.

Depozit portfeli 2015-ci ildə 1% azalaraq 435 mln. 968,115 min manat, öhdəliklərinin həcmi isə 4,88% artaraq 549 mln. 130,787 min manata bərabər olub.

Hesabat dövründə hondinqin məcmu kapitalı 21,34% azalaraq 85 mln. 455,139 min manat olduğu halda, nizamnamə kapitalı dəyişməyərək 125 mln. 345 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR