Kürdəmirdə silsilə oğurluq edən rayon sakini tutulub

Kürdəmirdə silsilə oğurluq edən rayon sakini tutulub
# 26 avqust 2016 07:47 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov- APA. Kürdəmirdə silsilə oğurluq edən rayon sakini tutulub.

APA-nın yerli bürosunun xəbərinə görə, Kürdəmir Rayon Polis Şöbəsinə bir neçə ərazidən oğurluq edilməsi ilə bağlı daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayonun Xırdapay kənd sakini, 28 yaşlı Vasif Nəsirov tutulub. İlkin dindirmə zamanı məlum olub ki, o, 2013-cü ildən etibarən törətdiyi oğurluq əməlləri ilə əcnəbi və yerli vətəndaşlara xeyli maddi ziyan vurub.

V. Nəsirov 2013-cü il yanvarın 25-də Xırdapay kəndində kirayədə qalan ABŞ vətəndaşı Mee Herin evindən dəyəri 500 dollar olan notebook, datakart, fotokamera, yaddaş bloku, ötən ilin dekabrında həmin kənd sakini Zahid Zərbalıyeva məxsus Bakı prospektində yerləşən qəbir daşları sexindən elektrik generatoru, su nasosu, bu ilin yanvar-fevral aylarında isə kənddə Seymur Bünyətova və Şirməmməd Əbdürrəhmanova məxsus avtomobil sexi və qarışıq mallar mağazasından maşın ehtiyat hissələri, ətçəkən maşın motoru, elektrik kabelləri oğurlayaraq satıb. Əvvəllər də oxşar əməlləri ilə məhkumluq həyatı yaşayan V. Nəsirov əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR