“Heydər zirvəsi”nə kütləvi yürüş başa çatıb

“Heydər zirvəsi”nə kütləvi yürüş başa çatıb
# 11 may 2016 09:28 (UTC +04:00)

Bakı-APA. Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Şahdağ Milli Parkının ərazisində yerləşən “Heydər zirvəsi”nə təşkil olunmuş kütləvi yürüş başa çatıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 6 may tarixindən başlayaraq qruplara bölünmüş iştirakçılar təşkilatlanmış qaydada əvvəlcədən müəyyənləşdirilmiş marşruta uyğun olaraq bələdçilərin müşayiəti ilə “Heydər zirvəsi”nə doğru yürüş edib.

Çətin keçidləri olan zirvəyə qalxmağa hazırlıq üçün yürüş iştirakçıları Qızıl Qaya massivinin ətəyində qurulmuş düşərgədə gecələdikdən sonra dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən zirvəyə qalxaraq Heydər Əliyevin xatirəsini yad edib.

Qeyd olunub ki, “Heydər zirvəsi”nə təşkil olunmuş kütləvi yürüşün iştirakçıları may ayının 10-dək ETSN-nin müvafiq əmri ilə Şahdağ Milli Parkının ərazisinə giriş haqqından birdəfəlik azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR