Ukraynanın DİN rəhbəri Saakaşvilini məhkəməyə verib

Ukraynanın DİN rəhbəri Saakaşvilini məhkəməyə verib
# 17 dekabr 2015 22:32 (UTC +04:00)

Bakı-APA. Ukraynanın daxili işlər naziri Arsen Avakov onu korrupsiyada ittiham etmiş Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilini məhkəməyə verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu DİN rəhbəri “1+1” telekanalının efirində çıxışı zamanı bildirib.

“Mən cənab Saakaşvilini məhkəməyə vermişəm. Mənim bildiyimə görə, baş nazir Arseni Yatsenyuk da istefaya getmək niyyətindədir.

Qeyd edək ki, bir neçə gün əvvəl Milli İslahatlar Şurasının toplantısında iki siyasətçi arasında insident baş verib. Avakov Saakaşvilinin ittihamlarına cavabında bir stəkan suyu onun üzünə atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR