Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşının meyiti tapılıb

Ermənistan Milli Təhlükəsizlik Xidməti əməkdaşının meyiti tapılıb
# 08 avqust 2016 09:20 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İrəvanda Ermənistan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşının meyiti tapılıb.

APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Xaçatur Kaqramanyanın meyiti mənzildə asılmış vəziyyətdə anası tərəfindən aşkar edilib. İlkin məlumata əsasən onun üzərində zorakılıq əlamətləri olmayıb.

Hadisənin təfərrüatları araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR