Milli təhlükəsizlik nazirinin müavini, general-leytenant Hilal Əsədov tutduğu vəzifədən azad edilib

Milli təhlükəsizlik nazirinin müavini, general-leytenant Hilal Əsədov tutduğu vəzifədən azad edilib
# 14 noyabr 2015 10:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Milli təhlükəsizlik nazirinin müavini, general-leytenant Hilal Əsədov tutduğu vəzifədən azad edilib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, ölkə başçısının dünən verdiyi sərəncamla milli təhlükəsizlik nazirinin müavini, general-mayor Elçin Əliyev də vəzifəsindən azad olunub.

Qeyd edək ki, bir müddət əvvəl prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilib. Milli təhlükəsizlik nazirinin birinici müavini vəzifəsinə isə general-leytenant Mədət Quliyev təyin edilib.

Hazırda Milli Təhlükəsizlik Nazirliyində kadr islahatları davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR