"Azərsu": Devalvasiya icrasına başlanılan layihələrə təsir etməyəcək

"Azərsu": Devalvasiya icrasına başlanılan layihələrə təsir etməyəcək
# 29 dekabr 2015 12:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Manatın devalvasiyaya uğramasına baxmayaraq "Azərsu" ASC çalışacaq ki, icrasına başlanılan bütün layihələri baş çatdırsın".

"APA-Economics"in məlumatına görə, bu barədə "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib.

A. Cəbrayıllının sözlərinə görə, ASC-nin bu gün icra etdiyi layihələrin çoxu beynəlxalq maliyyə qurumları ilə birgə həyata keçirilir: "Bu layihələrə vəsait kredit şəklində cəlb olunur. Manatın devalvasiyanın bu layihələrə təsiri olsa da, çox cüzi olacaq. Hər hansı layihənin dayandırılmasından söhbət gedə bilməz".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR