Brüsseldə 70-dən çox ölkə Əfqanıstan üzrə konfransda iştirak edəcək

Brüsseldə 70-dən çox ölkə Əfqanıstan üzrə konfransda iştirak edəcək
# 04 oktyabr 2016 00:53 (UTC +04:00)

Bakı-APA. 70-dən çox ölkə və 20 təşkilat Brüsseldə Əfqanıstan üzrə iki günlük konfransda iştirak edəcək.

APA-nın məlumatına görə, tədbirin əsas məqsədi Əfqanıstan hökumətinə islahatlar və ölkədə sülhün bərqərar olmasında yardım etməkdir.

Bundan əlavə, konfrans çərçivəsində Avropa İttifaqı tərəfindən Əfqanıstana dövlət inkişafı sahəsində strateji prioritetlərin maliyyələşdirilməsi üçün 200 milyon avronun ayrılması gözlənilir.

Konfransda Avropa İttifaqı Şurasının sədri Donald Tusk, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini iştirak edəcək. Əfqanıstanı tədbirdə ölkə prezidenti Məhəmməd Əşrəf Qani təmsil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR