Ağstafada iki maşın toqquşub, yolu keçən piyada ölüb

Ağstafada iki maşın toqquşub, yolu keçən piyada ölüb
# 06 iyul 2016 10:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 5-də saat 23 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndində şəhər sakini Turan Rzayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarında dayanmış “VAZ-21011” markalı avtomobilə çırpıb və idarəetməni itirdiyindən yolu keçən kənd sakini Gülarə Yusubovanı vurub. Xəstəxanaya yerləşdirilmiş G.Yusubova orada ölüb.

Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR