Bakının Qızıldaş qəsəbəsində səyyar xidmət tərəfindən 76 nəfərə şəxsiyyət vəsiqəsi verilib

Bakının Qızıldaş qəsəbəsində səyyar xidmət tərəfindən 76 nəfərə şəxsiyyət vəsiqəsi verilib
# 25 noyabr 2015 13:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə Bakıda, digər şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi, etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, işin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədini güdən növbəti belə tədbir Bakı şəhərinin Qaradağ Rayon Polis İdarəsinin müvafiq qurumunun əməkdaşlarının iştirakı ilə baş tutub.

Rayonun Qızıldaş qəsəbəsində keçirilən səyyar xidmət zamanı ümumilikdə 76 nəfərə şəxsiyyəti təsdiqləyən yeni sənədlər təqdim olunub.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi proses davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR