Yaponiyada minik avtomobili mikroavtobusla toqquşub, ölən və yaralananlar var

Yaponiyada minik avtomobili mikroavtobusla toqquşub, ölən və yaralananlar var
# 08 oktyabr 2016 03:31 (UTC +04:00)

Bakı-APA. Yaponiyanın İsikava prefekturasında ağır yol qəzası baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, minik avtomobili qarşıdan gələn mikroavtobusla toqquşub.

Hadisə nəticəsində 2 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hazırda polis baş vermiş insidentin səbəblərini araşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR