Tehranda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının iclası keçiriləcək

Tehranda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının iclası keçiriləcək
# 18 dekabr 2015 09:53 (UTC +04:00)

Bakı - APA-Economics. Dekabrın 21-də İranın paytaxtı Tehranda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 10-cu iclası keçiriləcək.

Bu barədə “APA-Economics”ə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

İclasda Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrlərinin - iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edəcək.

Ş. Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin 21-22 dekabr tarixlərində İrana səfəri çərçivəsində bir sıra görüşlər, Təbriz və Tehran şəhərlərində İran - Azərbaycan biznes forumları keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR