Ağdamın icra başçısı: "Heç kim evini tərk etmək barədə düşünmür"

Ağdamın icra başçısı: "Heç kim evini tərk etmək barədə düşünmür"
# 02 aprel 2016 12:59 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı-APA. "Hazırda icra aparatının əməkdaşları kəndlərdə, yerli əhali arasındadır".

Bunu APA-ya açıqlamasında Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.

İcra başçısı rayon ərazində 94 min nəfər əhali yaşadığını, rayon icra hakimiyyəti aparatı əməkdaşlarının gecə saatlarından etibarən bütün cəbhəyanı yaşayış məntəqələrində olduqlarını bildirib: " Heç bir təşviş yoxdur. Adamlar öz evlərində gündəlik məişət qayğıları ilə məşğuldur. Heç kim evini tərk etmək barədə düşünmür. Əksinə, əhalidə ruh yüksəkliyi var. Torpaqların azad olunmasına hər an hazırıq".

İcra başçısı bildirib ki, əhali nəinki kəndləri tərk etmək istəyir, əksinə istər gənclər, istərsə də yaşlılar müraciət edib orduya qoşulmaq istədiklərini deyirlər: " Ağdamlılar hər an Ali Baş Komandanın əmrinə hazır olduqlarını bildirirlər".

Qeyd edək ki, bu gün erməni mediası Azərbaycanın cəbhəyanı bölgələrində əhalinin evlərini tərk etməsi barədə təxribat xarakterli məlumatlar yayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR