Türkiyə XİN-i vətəndaşlarını Brüsselə səfər etməkdən çəkinməyə çağırıb

Türkiyə XİN-i vətəndaşlarını Brüsselə səfər etməkdən çəkinməyə çağırıb
# 23 mart 2016 02:30 (UTC +04:00)

Bakı-APA. Türkiyə XİN-i Brüsseldə törədilən terror aktları ilə əlaqədar vətəndaşlarını bu şəhərə səfər etməkdən çəkinməyə çağırıb. APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN-in məlumatında bildirilir.

“Brüsseldə terror aktları ilə əlaqədar fövqəladə vəziyyət yaranıb. Aeroport bağlanıb, ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb, mobil rabitənin işində də problemlər müşahidə olunur. Rəsmi qurumlar sakinləri evləri tərk etməməyə çağırıb. Bununla əlaqədar vətəndaşlarımıza Brüsselə səfər etməmək və Türkiyənin Belçikadakı diplomatik nümayəndəliklərin saytlarında dərc olunan məlumatları izləmək tövsiyə olunur”, - deyə XİN-in məlumatında bildirilir.

Qeyd edək ki, Brüssel aeroportu və metropolitenində törədilən silsilə terror aktları nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb. İŞİD terror qruplaşması terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR