Mülk və maddi vəsait üzərində vərəsəlik hüququ olanlara yeni status veriləcək

Mülk və maddi vəsait üzərində vərəsəlik hüququ olanlara yeni status veriləcək
# 31 mart 2016 09:35 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda kommersiya və maddi vəsait üzərində vərəsəlik hüququna malik olanlara yeni status, eyni zamanda bununla bağlı notariata yeni səlahiyyətlər veriləcək.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna 15.9.5-1 və 15.9.6-1 maddələri əlavə edilir. Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar sorğu əsasında 15.9.5-1 maddəyə görə notariusa və 15.9.6-1 maddəyə görə isə təsisçilərin (iştirakçıların ) vərəsələrinə verilə biləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 5-də müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR