Bolqarıstanın vitse-prezidenti: “Azərbaycanın bütün humanitar təşəbbüslərini dəstəkləyirik”

Bolqarıstanın vitse-prezidenti: “Azərbaycanın bütün humanitar təşəbbüslərini dəstəkləyirik”
# 29 sentyabr 2016 09:52 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Biz bir çox xalqların əziyyət çəkdiyi dünyada yaşayırıq”.

APA-nın sözlərinə görə, bu sözləri Bakı Humanitar Forumu çərçivəsində keçirilən panel müzakirələrinə Bolqarıstanın vitse-prezidenti Marqarita Popova deyib. O bildirib ki, bu gün mənəvi aspektlər çox vacibdir: “Qarşılıqlı dialoq, etimad çox vacibdir. Bu yolla riyakarlıq olmayan dünyaya nail ola bilərik. İnsan kapitalına önəm verməliyik. Zorakılıq halları insan resursuna təsir edən amildir. Sıravi insanın sevinci və kədəri bizdən yan keçməməlidir. Bu məsələlərdə media mühüm rol oynayır. Azərbaycanın bütün humanitar təşəbbüslərini dəstəkləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR