Homsda terror aktı nəticəsində 22 nəfər ölüb

Homsda terror aktı nəticəsində 22 nəfər ölüb
# 12 dekabr 2015 17:30 (UTC +04:00)

Bakı-APA. Suriyanın Homs şəhərində törədilən terror aktı nəticəsində 22 nəfər ölüb. Partlayışlar nəticəsində daha 70 nəfər yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terrorçular xəstəxananın yaxınlığında minalanmış avtomobil partladıb. Terror aktı zamanı hadisə yerində olan qaz balonları da partlayıb.

Partlayışların nəticəsində bir neçə bina və mağaza qismən uçub, bir neçə avtomobil yanıb. Baş vermiş partlayış Homsda son beş ildə törədilmiş ən iri terror aktı hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR