Qadını şantaj edərək pul tələb edən və ölümlə hədələyən şəxs həbs olunub

Qadını şantaj edərək pul tələb edən və ölümlə hədələyən şəxs həbs olunub
# 11 avqust 2016 10:23 (UTC +04:00)

Bakı-APA. Azərbaycanda qadını şantaj edərək pul tələb edən və ölümlə hədələyən şəxs tutulub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 10-da Sumqayıt şəhər sakini L.Ağayeva Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsində müraciət edərək cari ilin may ayında Ruslan adlı tanışının onu sosial şəbəkədə rüsvay edəcəyi ilə hədələyib 900 ABŞ dolları pul tələb etməsini, habelə polisə müraciət edəcəyi təqdirdə onu və ailə üzvlərini öldürəcəyi ilə hədələməsini bildirib.

Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ruslan Əhmədov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR