Rusiyada 4 nəfəri öldürməkdə şübhəli bilinən iş adamının cəsədi tapılıb

Rusiyada 4 nəfəri öldürməkdə şübhəli bilinən iş adamının cəsədi tapılıb
# 23 oktyabr 2015 23:40 (UTC +04:00)

Bakı-APA. Rusiya polisi Krasnoqorsk rayon administrasiyası başçısının birinci müavini Yuri Karaulovu və daha 3 nəfəri qətlə yetirən iş adamının cəsədini aşkar edib.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Amiran Georqadzenin cəsədi Moskva ətrafında yerləşən Timoşkin qəsəbəsində fərdi evdə tapılıb.

İstintaqın versiyasına görə, oktyabrın 19-da Amiran Georqadze Krasnoqorsk rayon administrasiyası başçısının birinci müavini Yuri Karaulovu, elektrik şəbəkəsinin rəhbəri Georgi Kotlyarenkonu və hadisənin şahidini qətlə yetirib.

Bundan sonra A. Georqadzenin mənzilində onun biznes ortağının cəsədi aşkar edilmişdi. Hadisələrin canlı şahidi olmuş iş adamının sürücüsü könüllü olaraq polisə təslim olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR