Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alan var

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alan var
# 02 yanvar 2016 10:45 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Bakı-Qazax magistral yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Şəmkir rayonun Dəllər Cəyir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ 21015” ilə “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ 2107”-nin sürücüsü, 1990-cı il təvəllüdlü Orxan Məmmədov ağır bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR