Gəncədə “Avropa Gənclər Festival”ı keçirilib

Gəncədə “Avropa Gənclər Festival”ı keçirilib
# 03 oktyabr 2016 08:26 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə “Avropa Gənclər Festival”ı keçirilib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, festivalın açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Avropa Gənclər Forumunun prezidenti Yohanna Niman, Avropa Gənclər Forumunun baş katibi Allan Pall, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin icraçı direktoru Andras Farkas, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektoru müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin sədri Elmir Vəliyev, millət vəkilləri və başqa rəsmi qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Gəncə şəhər İH-nin başçısı Elmar Vəliyev açaraq, qonaqları Avropanın Gənclər Paytaxtında, Azərbaycanın qədim və zəngin mədəniyyətə malik Gəncə şəhərində görməkdən məmnun olduğunu bildirib.

Gəncənin güclü rəqiblər arasından Avropa Gənclər Paytaxtı seçildiyini bildirən Yohanna Niman qeyd edib ki, bu, Gəncəyə Avropa ilə əlaqələri inkişaf etdirmək üçün daha böyük şans verib.

Tədbirin rəsmi hissə bitdikdən sonra “Rio-2016” Olimpiadasında qazanılmış yüksək nailiyyətlərə, habelə Gəncə şəhərində idmanın inkişafındakı xidmətlərinə görə XXXI Yay Olimpiya Oyunlarının sərbəst güləş üzrə gümüş mükafatçısı Toğrul Əsgərov, XV Paralimpiya Oyunlarının cüdo üzrə paralimpiya çempionu Ramil Qasımov, ilk Avropa Oyunlarının gümüş mükafatçısı Amil Qasımov, Toğrul Əsgərovun məşqçisi, əməkdar bədən tərbiyə və idman xadimi Elçin Zeynalov, Ramil Qasımovun məşqçisi, əməkdar bədən tərbiyə və idman işçisi Əli Hacıyevə Gəncə şəhər İH başçısının Fəxri Fərman və hədiyyələri təqdim olunub.

“Avropa Gənclər Festivalı” layihəsi Gəncəçay Park Bulvar Kompleksində və Heydər Əliyev park-kompleksində yerləşən Gənclər Evinin qarşısında davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR