Gəncə sakinini toyda döyüblər

Gəncə sakinini toyda döyüblər
# 17 aprel 2016 21:28 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə döyülmə faktı qeydə alınıb.


APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərdəki şadlıq evlərinin birində qeydə alınıb.


Şəhər sakini, 1993-cü il təvəllüdlü Asif Əliyev iştirak etdiyi toyda mübahisə zəminində döyülüb. O kəllə beyin travması əlaməti ilə dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.


Faktla bağlı Gəncə şəhər Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR