İranda son 25 ildə ilk dəfə inflyasiya birrəqəmli səviyyəyə enib

İranda son 25 ildə ilk dəfə inflyasiya birrəqəmli səviyyəyə enib
# 21 iyun 2016 14:54 (UTC +04:00)

Bakı - APA-Economics. Cari ilin iyun ayında İranda inflyasiya 9,5% səviyyəsinə enib.

"APA-Economics" İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın iqtisadiyyat naziri Əli Tayebniya deyib.

"Son 8 il ərzində, 2013-cü ilədək ölkədə qiymət artımının səviyyəsi 40%-dən çox olub. Lakin son 3 il ərzində inflyasiyanın tədricən azalırdı. May ayında bu göstərici 10,2% olub", - deyə nazir qeyd edib.

"Bloomberg" agentliyi yazır ki, iyun ayında qeydə alınan inflyasiya son 25 il ərzində ən aşağı göstəricidir - bu dövr ərzində inflyasiya birrəqəmli səviyyəyə düşməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR