Lars Laqerbek: “Hocsonu günahlandırmağa dəyməz”

Lars Laqerbek: “Hocsonu günahlandırmağa dəyməz”
# 28 iyun 2016 01:25 (UTC +04:00)

Bakı-APA. “Təbii ki, xoşbəxtəm. Turnirdə inanılmaz çıxış etdik”.

APA-nın məlumatına görə, bu sözləri AÇ-2016-nın 1/8 final mərhələsində İngiltərə üzərində qələbə qazanan İslandiya yığmasının baş məşqçisi, isveçli Lars Laqerbek deyib.

«Mən Roy Hocsona minnətdarlığımı bildirmək istəyirəm. İndi o, çox çətin durumdadır. Lakin vaxtilə Hocson İsveç futboluna böyük töhfə verib. Təlim-məşq sistemini dəyişib, məni və digər məşqçiləri bir çox taktiki nüanslarla tanış edib. Hocsonu günahlandırmağa dəyməz, o, möhtəşəm məşqçidir”, - deyə L. Laqerbek bildirib.

Qeyd edək ki, İngiltərə yığması 1/8 finalda İslandiyaya 1:2 hesabı ilə məğlub olaraq Avropa çempionatını tərk edib, komandanın baş məşqçisi, 69 yaşlı Roy Hoçson isə istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR