"Nar-CityNet" yeni kampaniya keçirir

"Nar-CityNet" yeni kampaniya keçirir
# 16 mart 2016 15:17 (UTC +04:00)

Bakı - APA-Economics. "Nar-CityNet" yeni yaz kampaniyasına start verib.

"Nar"dan "APA-Economics"ə verilən məlumata görə, 30 aprel 2016-cı il tarixinədək ev və ya ofis üçün “Nar-CityNet” xidməti sifariş edəcək abunəçilər bu xidmətlərdən 2 ay pulsuz istifadə etmək imkanı əldə edirlər. Bundan əlavə, 4 "Nar" nömrəsindən ibarət “Ailəm” paketi də bu müddət ərzində abunəçilərə hədiyyə edilir.

Kampaniyaya “Nar-CityNet” internet provayderinə yeni və ya təkrarən qoşulan, ikinci xətt çəkdirən, IPTV xidməti sifariş edən və ya “Nar-CityNet”in xidmət dairəsinə düşən bütün abunəçilər qoşula bilərlər. Ev və ya ofisin “Nar-CityNet” internet provayderinin xidmət dairəsində olub-olmadığını “Nar” operatorunun rəsmi səhifəsinə daxil olaraq və yaxud “Nar-CityNet” çağrı mərkəzinə(012 537 77 77) zəng edərək yoxlamaq mümkündür.

“Nar-CityNet” Abşeron yarımadasının böyük hissəsini əhatə edir. Xidmətin hər hansı ünvanda mövcudluğunu www.citynet.az internet səhifəsində də yoxlamaq mümkündür. Hər bir istifadəçi özünə uyğun tarifi seçərək, yüksəksürətli və keyfiyyətli limitsiz internet xidmətindən ev üçün aylıq 18 manat, iş yerləri üçün isə aylıq 29 manat ödəməklə yararlana bilər və xidmətdən istifadənin rahatlığını ilk gündəcə hiss edər.

Daha ətraflı məlumatı www.nar.az internet səhifəsindən öyrənə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR