Azay Quliyev: “Mövcud vəziyyət terrora qarşı birgə mübarizə tələb edir”

Azay Quliyev: “Mövcud vəziyyət terrora qarşı birgə mübarizə tələb edir”
# 02 iyul 2016 08:44 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. “Bütün dünya terrordan əziyyət çəkir. Mövcud vəziyyət terrora qarşı birgə mübarizə tələb edir”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında nümayəndə heyətinin üzvü Azay Quliyev ATƏT-in Tbilisidə keçirilən yay sessiyasında çıxışı zamanı deyib.

A. Quliyev çıxışı zamanı üç məsələ- transmilli terrorizm, həlli uzadılmış münaqişələr, münaqişələr zamanı hüquqları pozulan qadınlarının vəziyyətinin xüsusi narahatlıq doğurduğunu bildirib.

“Transmilli terrorizmi qeyd etmək istəyirəm. İstanbuldakı terrordan dərin kədər hissi keçiririk. Həlak olanlara, ümumiyyətlə, bütün Türkiyə alqına başsağlığımı çatdırıram. İkincisi, həlli uzadılmış münaqişələrə münasibətdə ATƏT fəal olmalıdır. Moldovada, Cənubi Qafqazdakı münaqişələr beynəlxalq hüquq prinsipləri əsasında həll edilməlidir. Mən Almaniyanın sədrliyi dövründə mövcud münaqişələrin həllkini prioritet olaraq götürməsini yüksək qiymətləndirirəm. ATƏT sədri F. V. Ştaynmayer Ermənistan-Azərbaycan münaqişəsində status kvonun qəbuledilməz olduğunu bildirir. Digər qeyd etmək istədiyim məsələ hərbi münaqişələr zamanı qadınların hüquqları ilə bağlıdır. ATƏT bu məsələdə diqqətli olmalı, münaqişə nəticəsində əziyyət çəkən qadınların hüquqlarının bərpa edilməsi istiqamətində çalışmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR