Azərbaycan və Türkiyə sürücülük vəsiqələrini qarşılıqlı tanıyıb

Azərbaycan və Türkiyə sürücülük vəsiqələrini qarşılıqlı tanıyıb
# 15 mart 2016 14:27 (UTC +04:00)

Bakı - APA. Azərbaycan və Türkiyədə sürücülük vəsiqələri qarşılıqlı olaraq tanınacaq.

APA-nın məlumatına görə, bununla bağlı bu gün Ankarada Türkiyə-Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclasından sonra “Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” saziş imzalanıb.

Sazişi Azərbaycan baş nazirinin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Ala imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR