Ukraynanın Dnepropetrovsk şəhərinin adı dəyişdirilib

Ukraynanın Dnepropetrovsk şəhərinin adı dəyişdirilib
# 19 may 2016 12:31 (UTC +04:00)

Bakı - APA. Ukrayna Ali Radası Dnepropetrovsk şəhərinin adının dəyişdirilərək Dnepr adlandırılması barədə qərar qəbul edib.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, qərarın lehinə 247 deputat səs verib.

İnqilabçı Qriqori Petrovskun adını daşıyan şəhər kommunizm elementlərinin ləğv edilməsi ilə bağlı qanun nəticəsində bu aqibətlə üzləşib.

Şəhər 1926-cı ildə Dnepropetrovsk adını alıb. Öncə Yekaterinoslav adlandırılan şəhər 1796-1802-ci illərdə Novorossiysk adlandırılıb, daha sonra isə ad yenidən Yekaterinoslav olaraq dəyişdirilib.

Bu silsilədən daha 900 yaşayış məntəqəsinin adının dəyişdiriləcəyi bildirilir.

Artıq 700 inzibati və əraz vahidinin adı dəyişdirilib.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ukraynalı deputatları “yarımbeyinli zombilər” adlandıraraq Radanın qərarına reaksiya verib.

“Əgər kommunizmin elementlərini ləğv etmək istəyirdilərsə, gərək əsl adı - Yekaterinoslavı geri qaytaraydılar. Ən pis halda Novorossiyski... Deputat deyil, 247 yarımbeyinli zombidir”, - deyə Rusiya XİN-in rəsmi nümayəndəsi “Facebook” səhifəsində bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR