Bakıda gömrük idarələrinin hüquq-mühafizə fəaliyyətinin təşkili üzrə seminar keçirilib

Bakıda gömrük idarələrinin hüquq-mühafizə fəaliyyətinin təşkili üzrə seminar keçirilib
# 24 noyabr 2015 07:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Gömrük idarələrinin hüquq-mühafizə fəaliyyətinin təşkili və həyata keçirilməsinin metodları üzrə kompendiumu” mövzusunda seminarı öz işinə başlayıb.

APA-Economics”in məlumatına görə, 3 gün davam edəcək seminar noyabrın 26-na qədər davam edəcək.

Seminarı giriş sözü ilə açan Dövlət Gömrük Komitəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş İdarəsinin rəisi Güloğlan Muradlı bildirib ki, seminarın keçirilməsində əsas məqsəd təşkilat üzvlər arasında təcrübə mübadiləsinin təşviq etməkdir. O bildirib ki, seminar qabaqcıl təcrübələrin tətbiqinə dəvət etmək və bu təlim materiallarını milli səviyyədə gündəlik hüquq-mühafizə prosedurları və əməliyyatlarına daxil etmək üçün gömrük əməliyyatlarının bilik bazalarını gücləndirməkdir.

G. Muradlı qeyd edib ki, seminarda 9 ölkənin nümayəndəsi iştirak edir.

Qeyd edək ki, “Hüquq mühafizə və saxlanma üzrə gömrük əməliyyat təcrübəsinin kompendiumu” (COPES) 2011-ci ilin may ayında ÜGT tərəfindən başlayıb. Bu təşəbbüsün məqsədi müsadirə edilən əmlakın səmərəli şəkildə idarə ediləcəyi barədə tövsiyyə olunan tədbirlər toplusunu hazırlamaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR