Türkiyə SOCAR üçün qazın nəqlinin müddətini uzadır

Türkiyə SOCAR üçün qazın nəqlinin müddətini uzadır
# 23 sentyabr 2016 11:13 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Türkiyə Respublikası "SOCAR Turkey Energy" şirkəti üçün qazın nəql müddətini uzadacaq.


"APA-Economics" xəbər verir ki, bu, "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans-Anadolu təbii qaz sisteminə dair" Anlaşma Memorandumunda öz əksini tapıb.

Memoranduma əsasən, Türkiyə Respublikası "SOCAR Turkey Energy" üçün qaz nəqlinin 31 dekabr 2021-ci il tarixinə qədər uzadılmasına və BOTAŞ-ın STPAS-BOTAŞ GSA-nın müddətinin 31 dekabr 2021-ci il tarixinə qədər uzadılmasının təmin edilməsinə də razılıq verir.

Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 19-da keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans-Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi parlamentin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR