Bakıda və bölgələrdə “diabet pəncərəsi” xidməti yaradılacaq

Bakıda və bölgələrdə “diabet pəncərəsi” xidməti yaradılacaq
# 22 iyun 2016 09:33 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda 45154 nəfər şəkərli diabet xəstəsi qlükometrlə təmin olunub, 14397 nəfər xəstəyə insulin terapiyası xidməti təqdim edilir.

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyi Respublika Endokrinoloji Mərkəzinin direktoru Yusif İsmiyev deyib. O bildirib ki, bölgələrdə maarifləndirmə işinin daha da yaxşılaşdırılması üçün elmi-praktik konfranslar təşkil olunur.

Y. İsmiyev qeyd edib ki, maarifləndirmə işinin davamı olaraq xəstələrə, xüsusilə uşaq pasiyentlərə təlimlər, habelə hər ayın 3-cü həftəsi Bakı şəhərində fəaliyyət göstərən həkim endokrinoloqlar üçün elmi-praktik konfranslar keçirilir: “Bundan başqa, Bakı şəhəri poliklinikalarında və bölgələrdə “diabet pəncərəsi” xidmətinin yaradılmasına dair hazırlıq işləri aparılır. Mərkəz eyni zamanda diabet xəstələrinin istirahətinin təşkili məqsədilə də zəruri işlər görür. Mərkəz Azərbaycan Diabet Liqası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 50 nəfər şəkərli diabetli (tip 1) gənclərin yay düşərgəsində istirahətini təşkil edib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR