ABŞ-da məktəbli MKİ-nin direktorunun elektron poçtunu sındırıb

ABŞ-da məktəbli MKİ-nin direktorunun elektron poçtunu sındırıb
# 20 oktyabr 2015 01:12 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, yeniyetmənin şəxsiyyəti barədə məlumat verilmir.

Bildirilir ki, məktəblinin “Twitter” səhifəsində C.Brenannın ünsiyyətdə olduğu şəxslərin siyahısı, telefon nömrələri və hətta şəxsi sığorta şəhadətnaməsinin nömrəsi yerləşdirilib.

Mərkəzi Kəşfiyyat İdarəsi istintaq tədbirlərinin keçirilməsini etiraf etsə də, poçtun sındırılması faktını təsdiqləməyib.

Bununla belə, “Nyu-York Post” qəzeti ABŞ-ın daxili təhlükəsizlik naziri Cey Consona məxsus elektron poçtun da yeniyetmə haker tərəfindən sındırıldığını iddia edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR