Tovuzda yol qəzasında ölən uşağın kimliyi məlum olub - YENİLƏNİB

Tovuzda yol qəzasında ölən uşağın kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 10 fevral 2016 20:40 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Fevralın 10-da Tovuzda baş vermiş qəza nəticəsində ölən uşağın kimliyi məlum olub

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Qovlar qəsəbə sakini Elçin Allahverdiyev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən həmyerlisi, 2004-cü il təvəllüdlü Eşqin Ələkbərovu vurub. Xəsarət alan uşaq hadisə yerində ölüb.

Hadisə rayonun Qovlar-Aşağı Quşçu avtomobil yolunda qeydə alınıb.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

***

15:46

Tovuz. Azər Məmmədli - APA. Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qovlar-Aşağı Quşçu avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən azyaşlını vurub.

Xəsarət alan uşaq hadisə yerində ölüb. Hazırda ölənin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR