Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının nümayəndələri parlament seçkilərini müşahidə etmək üçün Gəncəyə səfər ediblər - VİDEO

Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının nümayəndələri parlament seçkilərini müşahidə etmək üçün Gəncəyə səfər ediblər - <span style="color: red;">VİDEO
# 30 oktyabr 2015 16:36 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının nümayəndələri parlament seçkilərini müşahidə etmək üçün Gəncəyə səfər ediblər.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşən qonaqlara seçkilərə hazırlıqla bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, Gəncədə 4 seçki dairəsi, 107 seçki məntəqəsi var və hər birində seçkiyə hazırlıq işləri artıq yekunlaşıb. Görüşdə Türkiyə nümayəndələri ilə yanaşı Qazaxıstandan olan nümayəndələr iştirak edib. Onlar seçkilərin şəffaf keçəcəyinə ümidvar olduqlarını bildiriblər.

Görüşdən sonra müşahidəçilər seçki dairələrində hazırlıq işləri ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR