Azərbaycan pasportu dünyanın 57-ci güclü pasportudur

Azərbaycan pasportu dünyanın 57-ci güclü pasportudur
# 29 yanvar 2016 07:12 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycan pasportu dünyanın ən güclü pasportları reytinqində 57-ci sırada göstərilib.

APA-nın “podrobno.uz” saytına istinadən verdiyi xəbərə görə, ABŞ konsaltinq firması “Arton Capital” Beynəlxalq Hava Nəqliyyatı Agentliyi və digər mənbələrin əsasında dünyanın ən güclü pasportlarının reytinq cədvəlini hazırlayıb. Pasportun gücünü müəyyənləşdirən əsas amil onun sahibinin neçə ölkəyə vizasız səyahət edə bilməsidir.

Reytinq cədvəlinə ABŞ və Böyük Britaniyanın pasportları liderlik edirlər. Bu dövlətlərin vətəndaşları dünyanın 147 ölkəsinə vizasız səfər edə bilərlər. İkinci yeri Fransa, Cənubi Koreya və Almaniya bölüşdürürlər. Bu ölkələrin sakinləri 145 ölkəyə vizasız gedə bilərlər.

Postsovet məkanı ölkələrindən Özbəkistan reytinqdə 64-cü, Rusiya 36-cı, Belarus 52-ci, Türkmənistan isə 70-ci sırada qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR