Ağstafada yaşayış evində yanğın olub

Ağstafada yaşayış evində yanğın olub
# 17 may 2016 06:56 (UTC +04:00)

Bakı-APA. Bu gün Ağstafa rayonu, Dağ Kəsəmən kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının yanar konstruksiyaları 17 kv.m sahədə, həyətyanı sahədə tikilmiş ümumi sahəsi 28 kv.m olan yardımçı tikilinin içərisinə yığılmış ev əşyaları yanıb.

APA-nın Fövqəladə Hallar Hazirliyinin saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi və yardımçı tikiliyə bitişik talvar yanğından mühafizə olunub. Yanğın saat 02:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR