Azərbaycanda bir gündə 3 nəfər dəm qazından zəhərlənib

Azərbaycanda bir gündə 3 nəfər dəm qazından zəhərlənib
# 11 dekabr 2015 10:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda bir gündə 3 nəfər dəm qazından zəhərlənib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 10-da Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan Lentruş İsmayılov evində dəm qazından zəhərlənərək ölüb, həyat yoldaşı Firuzə isə xəstəxanaya yerləşdirilib.

Suraxanı rayonunun Zığ qəsəbəsində yaşayan Nigar Yarəhmədova da evində dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR