Azərbaycanın bank sektorunun aktivləri 16%-ə yaxın artıb

Azərbaycanın bank sektorunun aktivləri 16%-ə yaxın artıb
# 08 yanvar 2016 15:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri son bir ildə 3 839,2 mln. manat və ya 15,54% artaraq 2015-ci il dekabrın 1-nə 28 mlrd. 545,9 mln. manata çatıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib. 2015-ci ilin noyabr ayı ərzində aktivlərin həcmi 773,2 mln. manat və ya 2,78% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR