Binəqədidə 22 İyul - Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirilib

Binəqədidə 22 İyul - Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirilib
# 21 iyul 2016 15:25 (UTC +04:00)

Bakı-APA. Binəqədi rayonunda 22 İyul - Milli Mətbuat Günü münasibəti ilə tədbir keçirilib.

Binəqədi rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, tədbirdə İH başçısının müavini Vüsar İsmayılov, İH başçısı Aparatının şöbə müdiri Elman Dadaşov da iştirak edib.

Tədbirdə çıxış edən KİV nümayəndələri ölkədə azad, demokratik və güclü mətbuat olduğunu vurğulayıblar. Qeyd olunub ki, hazırda müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Binəqədi İH başçısının müavini Vüsar İsmayılov çıxışına 22 İyul- Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik etməklə başlayaraq vurğulayıb ki, ölkədə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bu diqqət və qayğıya nümunə olaraq Binəqədi rayonunda ənənəvi olaraq media nümayəndələri, jurnalistlərlə, sosial şəbəkələrdə fəal olan gənclərlə görüşlərin, tədbirlərin keçirildiyini qeyd edib.

Bildirilib ki, Milli Mətbuat Günü münasibəti ilə RİH tərəfindən tədbirlər planı hazırlanıb. Bugünkü tədbir də adı çəkilən tədbirlər planının tərkib hissəsidir.

Çıxışının sonunda İH başçısının müavini qeyd edib ki, mətbuat günü təkcə jurnalistlərin yox, bütövlükdə cəmiyyətin bayramıdır.

Tədbir bir neçə media nümayəndəsinin təltif edilməsi ilə bitib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR