İraq Rusiya üçün hava məkanının bağlanılması ilə bağlı ABŞ-ın xahişinə məhəl qoymayıb

İraq Rusiya üçün hava məkanının bağlanılması ilə bağlı ABŞ-ın xahişinə məhəl qoymayıb
# 15 sentyabr 2015 22:50 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, amerikalı diplomatlar Bolqarıstanı nümunə gətirərək İraqdan hələ sentyabrın 5-də Suriyaya uçan Rusiya təyyarələri üçün hava məkanın bağlamağı xahiş ediblər. İraq tərəfi cavabında bu məsələni nəzərdən keçirdiyini bildirib, lakin ABŞ-ın sorğusuna rəsmi cavab verməkdən boyun qaçırıb.

Qeyd edək ki, bundan əvvəl Bolqarıstan Suriyaya humanitar yardımla uçan Rusiya təyyarələri üçün hava məkanını bağlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR