Bakı. Hafiz Heydərov – APA. Rusiya Federasiyası tərəfindən axtarışda olan şəxs Azərbaycanda tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126-cı maddəsi (adam oğurluğu) ilə axtarışda olan Rauf Məmmədov saxlanılıb.