Azərbaycanda illik inflyasiya 12%-ə yaxınlaşır

Azərbaycanda illik inflyasiya 12%-ə yaxınlaşır
# 17 mart 2016 14:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 11,7% bahalaşıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə ərzaq məhsullarının qiymətləri 14,8%, qeyri-ərzaq məhsullarının qiymətləri 15,7%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR