Futzal üzrə Azərbaycan millisi dünya çempionatının ¼ finalında məğlub olub

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının ¼  finalında məğlub olub
# 26 sentyabr 2016 02:36 (UTC +04:00)

Bakı-APA. Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.

APA-nın məlumatına görə, tarixində ilk dəfə dünya çempionatında çıxış edən Azərbaycan millisi yarımfinala vəsiqə uğrunda Portuqaliya ilə qarşılaşıb.

Kali şəhərində baş tutan görüşdə rəqibinə 2:3 hesabı ilə məğlub olan komandamız turnirdə mübarizəni dayandırıb.

Portuqaliya futzalçıları dünya çempionatının yarımfinalında Argentina yığması ilə qarşılaşacaq. Digər yarımfinalda Rusiya və İran milliləri güclərini sınayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR