Cəlilabadda 27 yaşlı qadın intihar edib

Cəlilabadda 27 yaşlı qadın intihar edib
# 11 dekabr 2015 04:40 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabadda intihar hadisəsi baş verib. Cəlilabad Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötə gecə Cəlilabad şəhərinin Heydər Əliyev prospektindəki fərdi evlərin birində qeydə alınıb. Cəlilabad şəhər sakini, 1988-ci il təvəllüdlü Gülnar Telman qızı Babayeva yaşadığı mənzildə özünü asaraq öldürüb.

İntiharın motivləri barədə hələlik heç bir məlumat verilmir.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR