Qarlı hava şəraiti Bakı-Balakən qatarının hərəkətində problem yaradıb

Qarlı hava şəraiti Bakı-Balakən qatarının hərəkətində problem yaradıb
# 02 yanvar 2016 09:05 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Respublika ərazisində hökm sürən qarlı və çovğunlu hava şəraiti ilə əlaqədar Bakı-Balakən qatarının hərəkətində problem yaranıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “APA-Economics”ə verdiyi məlumata görə, Qaxda dəmiryolu qarla örtüldüyündən qatarın hərəkəti müvəqqəti dayandırılıb.

“Bakı-Balakən qatarının hərəkətini davam etdirə bilərdik, sadəcə təhlükəsizlik baxımından qərara aldıq ki, yol təmizlənsin, ondan sonra qatarların hərəkəti bərpa edilsin. Hal-hazırda orada əlverişsiz hava şəraiti hökm sürür, lakin bütün bunlara baxmayaraq ora texnika cəlb olunub qarın təmizlənməsi işləri gedir”, - deyə qurum sözçüsü bildirib.

N.Əzməmmədov qatarda olan sərnişinlərin taleyinə də aydınlıq gətirib: “Qatarda olan sərnişinlərin mənzil başına çatdırılması üçün Qax rayon İcra Hakimiyyəti ilə avtobuslar danışmışıq”.

N.Əzməmmədov sərt hava şəraitinin digər istiqamətdə olan qatarların hərəkətində heç bir məhdudiyyət yaratmadığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR