Azərbaycanda saxlanılan "nurçu"ların şikayətinə baxılacaq

Azərbaycanda saxlanılan "nurçu"ların şikayətinə baxılacaq
# 15 sentyabr 2016 12:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Azərbaycanda 2013-cü ildə saxlanılmış "nurçu"ların kassasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

APA-nın xəbərinə görə, kassasiya şikayətinə sentyabrın 21-də Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrliyi ilə baxılacaq. Kassasiya şikayətində onların barəsində bəraət hökmünün çıxarılması istənilib.

Qeyd edək ki, 2013-cü ilin aprelində Bakıda evdə toplantı keçirən 41 "nurçu" saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, nurçuluğu təbliğ edən audio və video materiallar müsadirə olunub. Yasamal rayon Məhkəməsinin hökmü ilə həmin iş üzrə Eldəniz Hacıyev, İsmayıl Məmmədov, onun qardaşı Zəkəriyyə Məmmədov, Şahin Həsənovun hər biri 5 il, Rəvan Fərzəliyev isə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onların hər biri məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər. Məhkəmə onların şikayətlərinin qismən təmin edilməsi barədə qərar verib. Qərara əsasən İsmayıl Məmmədov və Eldəniz Hacıyevin cəzası 2 il 6 aya endirilib, digər üç nəfər isə məhkəmə zalından azadlığa buraxılıb. Onların cəzaları şərti hesab edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR