Bakıda soyğunçuluqda və dələduzluqda şübhəli bilinən şəxslər tutulub

Bakıda soyğunçuluqda və dələduzluqda şübhəli bilinən şəxslər tutulub
# 05 dekabr 2015 10:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda soyğunçuluqda və dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Nizami rayon 24-cü və 25-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də Aydın Səttarova qarşı dələduzluq etmiş, habelə Cavid Həşimova və Nurlan Qasımova məxsus mobil telefonları soyğunçuluq yolu ilə almış Zərdab rayon sakini Canat Ağalarov və Bakı şəhər sakini Pərvanə Xəlilova tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR