Bakıda avtobusdan oğurluq edən şəxs saxlanılıb

Bakıda avtobusdan oğurluq edən şəxs saxlanılıb
# 09 yanvar 2016 10:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda avtobusdan oğurluq edən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 7-də paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində Bakı şəhər sakini Məcid Qəniyevin idarə etdiyi “Daewoo” markalı xətt avtobusunda sərnişin qismində gedən naməlum şəxs, saxlanc yerində olan 24 manat pulu açıq talama yolu ilə aparıb.

Nizami rayon 25-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Əli Səmədov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR