AMEA Rəyasət Heyətində akademik Dilqəm Tağıyevin məruzəsi dinlənilib

AMEA Rəyasət Heyətində akademik Dilqəm Tağıyevin məruzəsi dinlənilib
# 09 dekabr 2015 13:12 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün AMEA Rəyasət Heyətinin növbəti iclasında AMEA Kimya Elmləri Bölməsinin akademik - katibi Dilqəm Tağıyevin “Sumqayıt Kimya Sənaye Parkının və “Azərkimya” İB-nin fəaliyyətində AMEA-nın iştirakının genişləndirilməsi perspektivləri” mövzusunda məruzəsi dinlənilib.

APA-nın xəbərinə görə, D. Tağıyev bildirib ki, Sumqayıt Kimya Sənaye Parkı və “Azərkimya” İB-i ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsi, kimya sənayesinin formalaşması və təkmilləşməsi istiqamətində mühüm vəzifələri həyata keçirir.


D. Tağıyev Sumqayıt Kimya Sənaye Parkı və “Azərkimya” İB ilə AMEA-nın əməkdaşlıq imkanlarının real zəmin üzərində formalaşdırılmasının və inkişaf etdirilməsinin tərəflər üçün faydalı olacağını qeyd edib.


Məruzə dinlənildikdən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR