BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi və TÜRKSOY-un baş katibi Qəbələyə səfər ediblər

BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi və TÜRKSOY-un baş katibi Qəbələyə səfər ediblər
# 29 aprel 2016 15:34 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir və TÜRKSOY-un baş katibi Düsen Kaseinov Qəbələ rayonuna səfər edib.

APA-nın yerli bürosunun xəbərinə görə, nümayəndə heyətinin üzvləri tanışlıq səfəri zamanı qədim və müasir Qəbələ şəhəri, müasir istehsal müəssisələri, rayonun tarixi və mədəniyyət abidələri, istirahət mərkəzləri ilə yaxından tanış olublar.

Qonaqlar Heydər Əliyev adına Qəbələ Konqres Mərkəzi, rayon tarix-diyarşünaslıq muzeyi, Qəbələ Mədəniyyət Mərkəzi, Qəbələ şəhər məscidi və qədim Çuxur Qəbələ kəndindəki Arxeoloji Mərkəzlə tanış olublar. Onlara Qəbələ rayonunda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları çərçivəsində icra olunan müxtəlif layihələr haqqında məlumat verilib. Bildirilib ki, rayonun turizm və kənd təsərrüfatı sahəsindəki potensial imkanlarından səmərəli istifadə edilir, son illər Qəbələdə həyata keçirilən infrastruktur layihələri və təşkil edilən beynəlxalq tədbirlər çərçivəsində rayona səfər edən turistlərin sayı ildən-ilə artır.

Azərbaycan xalqının milli-adət ənənələri ilə maraqlanan nümayəndə heyətinin üzvləri təndir çörəyinin dadına baxıblar.

Qonaqları Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Qəbələ rayon icra başçısı Səbuhi Abdullayev müşayiət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR